Xəzər rayonunda 49 yaşlı kişi kəsici alətlə özünə xəsarət yetirib.
Ucnoqta.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Zirə qəsəbəsinin Zirə bağları adlanan ərazisində baş verib. 1970-ci il təvəllüdlü Paşayev Etibar Qumaş oğlu kəsici alətlə biləyinə və əlinə xəsarət yetirib.
Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən E.Paşayev həkimlərin müdaxiləsinə baxmayaraq ölüb. Onun meyiti aidiyyatı olaraq Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.
İlkin məlumata görə, E.Paşayev pul borcu olduğu üçün özünə qəsd etmək istəyib.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.