Şəkidə 20 yaşlı gənc intihar edib

09:27 - 30 İyul 2019 - HADİSƏ

Şəkidə 20 yaşlı gənc intihar edib.  Hadisə ötən gün axşam saatlarında Şəki şəhəri, Qara Qarayev küçəsindəki fərdi yaşayış evlərindən birində baş verib.  1999-cu il təvəllüdlü Nəsib Mircəlal oğlu Cəlalovun meyiti yaşadığı evdə asılı vəziyyətdə ailə üzvləri tərəfindən aşkarlanıb. 20 yaşlı gəncin intihar etməsinin səbəbləri məlum deyil. Faktla bağlı Şəki rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır. /Apa

Xəbər xətti