Bakıda təmir işləri aparılan binada yanğın olub

13:42 - 27 İyul 2019 - HADİSƏ

Bakıda təmir işləri aparılan binanın beşinci mərtəbəsində yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, Bakı şəhəri Səbail rayonunda beşmərtəbəli binanın beşinci mərtəbəsində təmir işləri aparılarkən 0.5 m² sahədə yanğın baş verib.

Bina yanğından mühafizə olunub. 

Yanğın söndürülüb.

Xəbər xətti