Salyanda mağazadan oğurluq edən keçmiş məhkum saxlanılıb

12:27 - 27 İyul 2019 - HADİSƏ

Salyanda mağazadan oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 17-də rayon ərazisindəki mağazaların birindən 3130 manat pul və tütün məmulatı oğurlamaqda şübhəli bilinən Ərəbqardaşbəyli kənd sakini, əvvəllər məhkum olunmuş H.Zayidov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti