Ötən gün Ağdamda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Rayonun Quzanlı qəsəbəsi ərazisində Ədilxan Adıgözəlovun idarə etdiyi “VAZ-21063” markalı avtomobillə Kazım Heydərovun idarə etdiyi “VAZ-2170” markalı avtomobil toqquşub. Toqquşma nəticəsində Ə.Adıgözəlov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib və iyulun 25-də ölüb.
Faktla bağlı Ağdam Rayon Polis İdarəsi tərəfindən cinayət işi başlanılıb./trend