Şamaxıda intihar hadisəsi baş verib.
Hadisə bu gün saat 15:30 radələrində rayonun Sabir qəsəbəsindəki fermada qeydə alınıb. Ağdaş rayon sakini, 21 yaşlı Dəyanət İsrafilov özünü kəndirlə asaraq intihar edib. Təcili tibbi yardım briqadası və hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə gəliblər.
Faktla bağlı araşdırma aparılır./Apa