Neftçalada dənizdə batan 3 gəncin meyiti tapılıb

19:00 - 25 İyul 2019 - HADİSƏ

Neftçalada dənizdə batan 3 gəncin meyiti tapılıb.

Bu gün axşam saatlarında Aşağı-Mil-Muğan kollektorunun dənizə töküldüyü yerdə batan gənclərin axtarışı başa çatıb.

FHN-nin dalğıc-xilasediciləri tərəfindən rayonun Həsənabad qəsəbə sakinləri, 1990-ci il təvəllüdlü Babayev Fərid Namiq oğlu, 1993-cü il təvəllüdlü Alkişiyev Fariz Arif oğlu və 1992-cü il təvəllüdlü Nəcəfov Şəhriyar Telman oğlunun meyitləri batdığı yerdən 200 metr aralıda tapılaraq aidiyyəti üzrə təhvil verilib./oxu.az

Xəbər xətti