Qaradağda 8 otaqlı evdə yanğın olub

16:28 - 20 İyul 2019 - HADİSƏ

Bakının Qaradağ rayonu ərazisində yerləşən ikimərtəbəli 8 otaqlı evdə yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Bakı şəhərinin Qaradağ rayonunda ümumi sahəsi 180 m² olan ikimərtəbəli 8 otaqlı evin 2-ci mərtəbəsində 1 otağın dam örtüyünün, tavanının yanar konstruksiyaları 25 m² sahədə və ev əşyaları qismən yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti