Salyanda avtomobil beton maneəyə çırpıldı, xəsarət alan var

09:29 - 20 İyul 2019 - HADİSƏ

Bu gün səhər saatlarında Salyanda yol-nəqliyyat hadisəsi baş verib. 

Hadisə köhnə Ələt-Astara magistral yolunun rayonun Yenikənd kənd ərazisindən keçən hissəsində  baş verib. 

Belə ki, “OKA” markalı avtomobil qəfil idarəetməni itirərək beton maneəyə çırpılıb. Qəza nəticəsində Salyan rayon sakini, 1990-cı il təvəllüdlü Cavadov Samir Xanoğlan oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

Xəsarət alan Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır./oxu.az

Xəbər xətti