Goranboyda 57 yaşlı kişi ağac parçası ilə döyülüb

08:55 - 19 İyul 2019 - HADİSƏ

Goranboy rayonunda döyülmə faktı qeydə alınıb.

1962-ci il təvəllüdlü rayon sakini Nağı Məmmədov mübahisə zəminində tanışı tərəfindən ağac parçası ilə döyülüb.
O, başından aldığı xəsarətlərlə yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib. Xəstənin vəziyyətinin orta-ağır olduğu bildirilir.

Hadisənin baş vermə səbəbləri araşdırılır./report

 

Xəbər xətti