Gəncədə fəhlə hündürlükdən yıxılaraq ağır xəsarət alıb

10:10 - 13 İyul 2019 - HADİSƏ

Gəncədə 30 yaşlı fəhlə hündürlükdən yıxılıb. 

Gəncə Çini Qablar Zavodunda dam örtüyündə təmir işləri aparan 1989-cu il təvəllüdlü Nicad Əsədov hündürlükdən yıxılaraq ağır xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır./report

Xəbər xətti