Neftçala rayonunda 6 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə rayonun Şirvan kəndi ərazisində qeydə alınıb. İlkin məlumata görə, “Mersedes” markalı avtomobilin aşması nəticəsində 6 nəfər xəsarət alıb. Yaralılar Neftçala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda xəsarət alanların kimliyi müəyyənləşdirilir.
Faktla bağlı araşdırma aparılır./report