Bakıda usta işlədiyi evdə hündürlükdən yıxılıb.
Hadisə paytaxtın Binəqədi rayonunda baş verib. Sabunçu rayonu, Maştağa qəsəbəsi, Gülçülük sovxozunda yaşayan 1994-cü il təvəllüdlü Cəfərov Səfər Qardaşbala oğlu Binəqədi rayonu, Novxanı qəsəbəsində 2 mərtəbəli evin ikinci mərtəbəsində fasad işləri görərkən elektrik enerjisi xəttinə toxunub.
Hadisə nəticəsində 2-ci mərtəbədən yerə düşən S.Cəfərov ağır kəllə-beyin travması və digər xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır./trend