Goranboyda qayınata gəlinini qətlə yetirib (Yenilənib)

19:16 - 9 İyul 2019 - HADİSƏ

Goranboyda qətl hadisəsi baş verib.

Hadisə günorta saatlarında qeydə alınıb. Belə ki, qayınata gəlinini bıçaqlayaraq öldürüb.

Qətlin təfərrüatı hələlik tam məlum olmasa da, hadisənin qısqanclıq zəminində baş verdiyi deyilir.

***
 

Goranboyda 1943-cü il təvəllüdlü İsgəndərov Qasım İlyas oğlu gəlini, 1980-ci il təvəllüdlü Məmmədova Samirə Alim qızını öldürüb.

Qətli törədən şəxs polis tərəfindən saxlanılıb.

Faktla bağlı cinayət işi açılıb.

/qafqazinfo

Xəbər xətti