Bakıda 18 yaşlı gənc küçədə qarət olundu

11:14 - 9 İyul 2019 - HADİSƏ

Bakıda yeniyetmə oğlan qarət olunub.

Hadisə paytaxtın Xətai rayonu, M.Hadi küçəsi 134 saylı ünvanın qarşısında baş verib.
Bakı şəhər sakini, 2001-ci il təvəllüdlü Azadəliyev Murad Elxan oğlu tanışı Azər adlı şəxs tərəfindən təzyiqlərə məruz qalıb. Həmin şəxs M.Azadəliyevə hədə-qorxu gələrək onun "Samsung S-9" markalı telefonunu alaraq hadisə yerindən uzaqlaşıb.

Faktla bağlı polis araşdırmalara başlayıb./trend

 

Xəbər xətti