Masallıda yük maşını Mercedes "Vito" markalı mikroavtobusla toqquşub.
Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, hadisə nəticədə 8 nəfər ölüb. Bir nəfər müxtəlif dərəcəli xəsarətlərlə Masallı Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Məlumat verilir ki, yaralı qadındır. Məlumata görə, ölənlərin isə 2-si qadın, 3-ü kişi və digər 3-ü məktəblidir.
Hadisə zamanı xəsarət alan qadının 24 yaşı var. O, hazırda reanimasiyadadır.
Bildirilir ki, qəzaya düşənlər toya gedirlərmiş.
Qeyd: Foto Apa-ya məxsusdur.