Bu gecə Bakı-Tbilisi sərnişin qatarı qəzaya uğrayıb.
Hadisə dəmiryolu xəttinin Hacıqabul rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Elektrik naqillərində qısaqapanma baş verib və qatarın hərəkəti dayandırılıb.
Qısaqapanma nəticəsində qatarın hərəkəti üçün nəzərdə tutulan yüksək gərginlikli xətt qırılaraq sondan ikinci vaqonun üstünə düşüb. Nəticədə yanğın baş verib.
Əraziya yanğınsöndürənlər, xilasedicilər və təcili yardım həkimləri cəlb olunub.
Hadisə xəsarətsiz ötüşüb.
Təxminən 2 saatadək davam edən təmir işləri yekunlaşıb və Bakı-Tbilisi sərnişin qatarının hərəkət etdiyi dəmir yolunda elektrik naqillərində yaranmış nasazlıq aradan qaldırılıb. Sərnişin qatarı yola düşüb. /baku.ws