Hacıqabulda iki yük maşını toqquşdu, 1 nəfər öldü

08:11 - 9 İyul 2019 - HADİSƏ

Hacıqabulda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Bakı-Qazax magistralının rayonun Padar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. “MAZ” və “KAMAZ” markalı yük maşınlarının toqquşması nəticəsində 1 nəfərin ödüyü bildirilir.

Hazırda ölənin şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır./oxu.az

Xəbər xətti