Ucar rayonunda üç yaşlı körpənin üzərinə qaynar su dağılıb.
Hadisə rayonun Təzə Şilyan kəndində qeydə alınıb.
Belə ki, 2016-cı il təvəllüdlü Dəniz Roman qızı Məmmədlinin ehtiyatsızlıqdan üzərinə qaynar su tökülüb.
Nəticədə körpə qız qarının ön divarının termiki yanığı diaqnozu ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır./report