Sabirabadda çoban intihar edib

10:13 - 4 İyul 2019 - HADİSƏ

Sabirabad rayonunda çoban işləyən şəxs intihar edib. 

Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Qalağayın kənd ərazisində qeydə alınıb.

Belə ki, yataqların birində çoban işləyən 1965-ci il təvəllüdlü Zülfüqar Məmmədov özünü heyvanların saxlanıldığı tövlədə asaraq intihar edib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəliblər.

İntihar hadisəsinin səbəbi məlum deyil.
Faktla bağlı araşdırma aparılır. 

Xəbər xətti