Göyçayda avtomobil aşdı: xəsarət alanlar var - FOTO

18:34 - 3 İyul 2019 - HADİSƏ

Göyçayda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə bu gün günorta saatlarında Göyçay-Ləkçiplaq-Qaraxıdır yolunda qeydə alınıb. 10-HP-636 dövlət nömrə nişanlı, “VAZ 2106” markalı maşının yoldan çıxaraq aşması nəticəsində Qaraxıdır kənd sakinləri -1995-ci il təvəllüdlü Mehdi Xudaverdiyev, Elşən Əhmədov, Salam Allahverdiyev müxtəlif dərəcəli bədən xəsarəTləri alıb.

Yaralılar dərhal Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır./oxu.az

Xəbər xətti