Gəncədə polis əməkdaşı özünü güllələyib (Yenilənib)

19:45 - 3 İyul 2019 - HADİSƏ

Gəncə sakininin silahla ehtiyatsız davrandığı üçün özünə xəsarət yetirdiyi müəyyənləşib.

Vüqar Ələsgər oğlu Hüseynov Gəncə Şəhər Baş Polis İdarəsinin Qeydiyat və Şəxsiyyət Vəsiqəsi Xidmətinin inspektoru, polis baş leytenantıdır. 

Onun qarın boşluğundan güllə yarası aldığı və vəziyyətinin normal olduğu bildirilir. /report


***18:37

Gəncə şəhərində güllələnən şəxsin kimliyi məlum olub.

Bu, Gəncə şəhər sakini, 1983-cü il təvəllüdlü Vüqar Hüseynovdur. /report


***17:58

Gəncə sakini güllələnib. 


Hələ ki, kimliyi məlum olmayan şəxs güllə yarası ilə özəl xəstəxanaların birinə yerləşdirilib. Hadisənin hansı şəraitdə və kim tərəfindən törədildiyi barədə məlumat yoxdur.

Faktla bağlı araşdırma aparılır./qafqazinfo

Xəbər xətti