Hacıqabulda evdən pul və qızıl oğurlayan keçmiş məhkum saxlanılıb

13:26 - 3 İyul 2019 - HADİSƏ

Hacıqabulda evdən 25 min manatdan artıq pul və qızıl oğurlanıb.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən verilən məlumata görə, Hacıqabul RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 16-da rayon ərazisindəki evlərin birindən 25.650 manat və 9800 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən digər şəxs, şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Abbasov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan heroin götürülüb.

Xəbər xətti