Qıcolma tutması keçirən qadın özünü bıçaqladı

12:54 - 3 İyul 2019 - HADİSƏ

Gəncədə xəstə qadın özünü bıçaqlayıb.

Hadisə şəhərin Heydər Əliyev prospekti 143 ünvanında baş verib. Orada yaşayan 1961-ci il təvəllüdlü Nəbiyeva Dinara bədəninin boyun və qarın nahiyyəsinə bıçaqla xəsarət yetirib. O, dərhal xəstəxanaya yerləşdirilib. Əməliyyat olunan qadının vəziyyəti orta-ağır qiymətləndirilir.
Məlumata görə, D. Nəbiyeva qıcolma xəstəliyindən əziyyət çəkir.

Faktla bağlı araşdırma aparılır./qafqazinfo

Xəbər xətti