Sumqayıt şəhərində 25 yaşlı qız ağacdan yıxılaraq xəsarət alıb.
Hadisə şəhərin Ceyranbatan bağları ərazisində qeydə alınıb.
Belə ki, 1994-cü il təvəllüdlü Humay Babaverdiyeva gilənar yığmaq istəyərkən ehtiyatsızlıqdan ağacdan yıxılıb.
Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan qız sol tərəfli döş qəfəsi və bel əziyi diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır./report