Məşhur aktrisanı ölümdən 1 saniyə ayırdı — VİDEO

10:38 - 3 İyul 2019 - HADİSƏ

Məşhur aktrisa Könül Yusifqızı dəhşətli qəza ilə üzləşib.

Ucnoqta.az “Ölkə.Az”-a istinadən  xəbər verir ki, hadisə səhər 07:15 radələrində meydana gəlib. Aktrisa səhər bazarlığından evə qayıdanda Nargilə dairəsində ölümlə üzləşib. Belə ki, çox yüksək sürətlə gələn “Opel” markalı avtomobil avtobusu gözləməyib və yoluna davam edib. Bu zaman isə avtobusa toxunaraq aşıb və havada uçaraq marketin qapısına çırpılıb.

Aktrisa qeyd edir ki, qəzaya səbəb çox yüksək sürət olub və avtomobil düz onun başının üstündən uçaraq havada çevrilib və marketə çırpılıb.

“Maşının sürücüsü orta yaşlı kişi idi. Ərazidə xidmət çəkən post patrul xidməti dərhal yaxınlaşdı. İnsanların köməyi ilə sürücünü çıxartdılar. Qəza nəticəsində yüngül xəsarət alsa da, avtomobil çox pis əzilib. Hələ də özümə gələ bilmirəm. Allah məni qızıma bağışladı”, - deyə aktrisa bildirib.

Xəbər xətti