Sabunçuda ev yanıb
09:05 - 30 İyun 2019 - HADİSƏ
Bakının Sabunçu rayonunda yanğın olub.
Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, ümumi sahəsi 70 m² olan kürsülü, birmərtəbəli 3 otaqlı evin bir otağının yanar konstruksiyaları və ev əşyaları 12 m² sahədə yanıb, yüksək temperaturdan mətbəxin lambirindən ibarət tavanı 5 m² sahədə əriyib.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.