Bayılda “KamAZ” fəhləni vuraraq öldürüb

14:51 - 28 İyun 2019 - HADİSƏ

Bayılda “KamAZ” fəhləni vuraraq öldürüb. Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, iyunun 27-də saat 9 radələrində Səbail rayonunun Bayıl qəsəbəsi ərazisində aparılan tikinti sahəsində Bakı şəhər sakini M.Abdullayev idarə etdiyi “KamAZ” markalı avtomobili arxaya verərkən orada fəhlə işləyən Şəki şəhər sakini Fazil Seyidovu vurub və o, hadisə yerində ölüb.

Araşdırma aparılır.

Xəbər xətti