12 nəfərə qarşı dələduzluq edən şəxs saxlanılıb - Sumqayıtda

12:52 - 28 İyun 2019 - HADİSƏ

Sumqayıtda 12 nəfərə qarşı dələduzluq edən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, Sumqayıt ŞPİ-nin əməkdaşları dələduzluq etmiş H.Ağayevin ətrafında aparılan əməliyyat tədbirləri ilə onun 2017-ci ilin noyabr ayından 2018-ci ilin noyabr ayınadək olan müddətdə 12 nəfəri viza düzəltmək adı ilə aldadaraq, onlardan ümumilikdə 56913 manat pul aldığını müəyyən ediblər. Faktla əlaqədar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.

 

Namiq

Xəbər xətti