Göygöldə itkin düşən qadın tapılıb

12:13 - 28 İyun 2019 - HADİSƏ

Göygöldə itkin düşən qadın tapılıb. Hadisə iyunun 26-da Göygöl rayonunun Murovdağ qəsəbəsində baş verib. Qəsəbə sakini, 1972-ci il təvəllüdlü ruhi əsəb xəstəsi Əliyeva Xatun Qəşəm qızı evdən çıxıb və geri qayıtmayıb. Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində X.Əliyevanın yeri müəyyən edilib və o iyunun 27-də tapılaraq ailəsinə təhvil verilib. Trend

Xəbər xətti