Şəmkirdə dəhşətli qəza: “07” “Zil”in altında qaldı, ölən var - FOTO

20:30 - 27 İyun 2019 - HADİSƏ

Bakı-Qazax yolunun Şəmkir rayonundan keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Ucnoqta.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə rayonun Sarıtəpə kəndində qeydə alınıb. Belə ki, “VAZ-2107” markalı avtomobillə “Zil” markalı yük maşını toqquşub. Hadisə nəticəsində “VAZ”ın sürücüsü 1973-cü il təvəllüdlü Elmar Tağıyev ölüb. Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti