Bakıda kişi qadını güllələdi
19:05 - 27 İyun 2019 - HADİSƏ
İyunun 26-da Bakının Nizami rayonunda güllələnmə hadisəsi baş verib.
Bu barədə Oxu.Az-a Nizami Rayon Polis İdarəsindən məlumat veriblər.
Cinayət metronun “Neftçilər” stansiyası ərazisində, Rüstəmov küçəsində, saat 21:00 radələrində törədilib.
Belə ki, kişi tanışı - 1974-cü il təvəllüdlü Zəhra Ağayevaya iki dəfə atəş açıb. Nəticədə, qadın 3 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib.
Cinayətkar törətdiyi əməldən sonra polisə könüllü təslim olub. Saxlanılan şəxsin adı hələlik açıqlanmır. Fakt üzrə Cinayət Məcəlləsinin 29, 120-ci (cinayət törətməyə cəhd, qəsdən adam öldürmə) və 228-ci maddələri (qanunsuz odlu silah saxlama) üzrə cinayət işi qaldırılıb.
Fakt üzrə istintaqı Nizami Rayon Prokurorluğu aparır.