Bakıda 2 yaşlı körpə 9-cu mərtəbədən yıxılaraq ölüb

17:46 - 27 İyun 2019 - HADİSƏ

Bakının Yasamal rayonunda 2 yaşlı körpə 9-cu mərtəbədən yıxılaraq dünyasını dəyişib.

Ucnoqta.az "Report"a istinadla xəbər verir ki, hadisə Yeni Yasamal yaşayış massivində, doqquzmərtəbəli binada baş verib. Bakı Şəhər Prokurorluğundan "Report"a fakt təsdiqlənib, bildirilib ki, dünyasını dəyişən 2017-ci il təvəllüdlü Əhmədova Ruqiyyə Ceyhun qızıdır. 

Xəbər xətti