Avtomobil dərəyə yuvarlandı: 11 ölü, 7 yaralı

16:57 - 27 İyun 2019 - HADİSƏ

Hindistanın Jammu və Kaşmir ştatında avtomobilin dərəyə yuvarlanması nəticəsində 11 nəfər ölüb, 7 nəfər isə xəsarət alıb.

Ucnoqta.az “RİA Novosti”yə istinadən xəbər verir ki, insident Punç dairəsinin Pir Ki Qali aşırımında qeydə alınıb. Bu barədə “NTDV”  telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, ölənlərdən 9-u tələbə olub. Yaralılar xəstəxanalara çatdırılıblar.

Qəzanın baş vermə səbəbləri məlum deyil.

 

Namiq

Xəbər xətti