Bakıda 12 nəfər dönərdən zəhərləndi - Cinayət işi başlanıb

11:14 - 27 İyun 2019 - HADİSƏ

Bakıda dönərdən kütləvi zəhərlənmə faktı ilə bağlı cinayət işi başlanıb. Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, paytaxtın Xətai rayon ərazisində 12 nəfərin dönərdən zəhərlənməsi faktı ilə bağlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb, hadisə yerinə baxış keçirilib, nümunələr götürülüb, izahatlar alınıb və müvafiq ekspertizalar təyin edilib. Hazırda başlanmış cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

Qeyd edək ki, məlum zəhərlənmə faktı Babək prospekti, “Maşın Bazarı”nın girişində yerləşən “Qədir Xum” dönərxanasında qeydə alınıb. Həmin dönərxanadan qidalanan 12 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. (APA)

Xəbər xətti