Bakıda avtomobil piyadanı vurub

06:52 - 27 İyun 2019 - HADİSƏ

Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə Binəqədi rayon Xocahəsən qəsəbəsində qeydə alınıb.

1980-ci il təvəllüdlü Məmmədov Hacı Məmməd oğlu yolu keçərkən "Opel" markalı avtomobil onu vurub. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Ona beyin silkələnməsi, sol baldır və sol bazu sümüyünün sınığı diaqnozu qoyulub. Yaralının vəziyyəti kafi qiymətləndirilir.

Xəbər xətti