Abşeronda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
Hadisə Saray qəsəbəsində qeydə alınıb.
Sabirabad rayonu, Qasımbəyli kənd sakini, 1994-cü il təvəllüdlü Əsgərov Sərvər Qismətəli oğlu yolu keçərkən "Mercedes" markalı avtomobil onu vurub.
Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Ona dizaltı nahiyəsinin əzilmiş-cırılmış yarası diaqnozu qoyulub. S.Əsgərov cərrahi əməliyyat edilib.