İzdiham zamanı 15 nəfər həlak olub, 75 nəfər yaralanıb

06:48 - 27 İyun 2019 - HADİSƏ

Madaqaskarın paytaxtında yaranmış izdiham zamanı azı 15 nəfər həlak olub. Bu barədə "RİA Novosti" Orange actu Madagascar portalına istinadən məlumat yayıb.

Məlumata görə, hadisə zamanı daha 75 nəfər yaralanıb.

Çərşənbə günü Madaqaskarda Müstəqillik Günü qeyd edilib. Antananarivuda minlərlə insan pulsuz əyləncə tədbirlərinim keçirildiyi "Maxamasina" stadionuna toplaşıb.

Hakimiyyət orqanlarının məlumatına görə, izdiham iştirakçıların stadiona mümkün qədər tez yerləşməyə çalışmaları səbəbindən baş verib. ("Report")

Xəbər xətti