Lənkəranda 16 yaşlı gənc ikinci mərtəbədən yıxılaraq ağır xəsarət alıb

21:48 - 26 İyun 2019 - HADİSƏ

Lənkəranda bədbəxt hadisə baş verib.

Hadisə rayonun Separadi kəndində yerləşən və illərdir istifadəsiz qalmış tikilidə qeydə alınıb.  Kənd sakini, 2003-cü il təvəllüdlü Elşad Bəhruz oğlu Ağayev fabrikin ikinci mərtəbəsindən yıxılıb və nəticədə ağır dərəcəli bədən xəsarətləri alıb.

O, qapalı kəllə-beyin travması diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Hadisənin ehtiyatsızlıqdan baş verdiyi bildirilir.
Faktla bağlı araşdırma başlanılıb./Apa

Xəbər xətti