Bakının Suraxanı rayonunda ümumi qapı-pəncərə sexi kimi fəaliyyət göstərən obyektdə yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğın nəticəsində sahəsi 50 m² olan tikilinin içərisində plastik və rezin materiallar yanıb. Tikilinin qalan hissəsi və digər tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.