Bakıda nişan mərasimində dava olub.
Hadisə Binə qəsəbəsində keçirilən nişan mərasimində qeydə alınıb. 1973-cü il təvəllüdlü Vüqar Paşa oğlu Qalıyev qonaqlar tərəfindən döyülüb. Qapalı kəllə-beyin travması alan yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılıb.
V.Qalıyev nişanlanan oğlanın əmisi olub.
Faktla bağlı araşdırma aparılır./oxu.az