Salyanda 24 yaşlı gənci traktor vuraraq öldürüb

09:02 - 26 İyun 2019 - HADİSƏ

Salyanda 1 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Qarabağlı kəndində qeydə alınıb. Belə ki, kənd sakini, 1995-ci il təvəllüdlü Əliyev Orxan Elxan oğlu yolla gedərkən onu taraktor vurub. Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan piyada Salyan Mərkəzi Rayon Xəstəxanasına aparılarkən, yolda keçinib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti