Sabirabadda 11-ci sinif şagirdi intihar edib

21:08 - 15 İyun 2019 - HADİSƏ

Sabirabad rayonunda intihar faktı qeydə alınıb.

Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Ulacallı kəndində baş verib. 2002-ci il təvəllüdlü Abbasov Yusif Şahid oğlunun meyiti yaşadıqların evin həyətində aşkar edilib. Hadisənin səbəbləri hələlik məlum deyil.

Qeyd edək ki, Y.Abbasov bu il orta məktəbin 11-ci sinfini başa vurub.
Faktla bağlı Sabirabad rayon Prokurorluğunda araşdırma aparılır.

Xəbər xətti