Qəbiristanlıqdan güldan oğurlayan şəxslər tutulub

14:55 - 7 İyun 2019 - HADİSƏ

Gəncədə qəbiristanlıqdan güldan oğurlayan şəxslər tutulub. Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, Gəncə ŞBPİ və Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisindəki 3 həyətyanı sahədən su mühərriki, elektrik naqili, təmir-tikinti alətləri və məişət əşyaları, habelə qəbirlərin üzərində quraşdırılmış 3 ədəd alüminium güldanı oğurlamaqda şübhəli bilinən Gəncə sakini İ.Hümbətov və Goranboy rayon sakini E.Cəfərov saxlanılmışlar.

Xəbər xətti