Bakıda motosiklet qəzası: qız və oğlan yaralandı —Foto

09:57 - 1 İyun 2019 - HADİSƏ

Səhər saatlarında Bakının Səbail rayonunda baş verən motosiklet qəzasında iki nəfər xəsarət alıb.

Ucnoqta.az-ın Oxu.Az-a istinadən verdiyi məlumatına görə, hadisə Neftçilər prospektində baş verib.

Rza Qasımov motosikletlə prospektlə hərəkətdə olarkən anidən idarəetməni itirərək yol kənarındakı işıq dirəyinə çırpılıb.

Qəza nəticəsində sürücü və motosikletdəki sərnişin 1998–ci il təvəllüdlü Baxışova Kübra Ceyhun qızı xəsarət alıb.

Yaralılar dərhal 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Hər iki yaralıya kəllə-beyin travması diaqnozu qoyulub.

İlkin ehtimala görə, hadisə sürət həddinin aşılması səbəbindən baş verib.

Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.

Xəbər xətti