Bakıda süpürgəçi qadını avtomobil vuraraq öldürüb

11:39 - 28 May 2019 - HADİSƏ

Paytaxtın Sabunçu rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Səhər saatlarında “Koroğlu” metro stansiyasının yaxınlığında yol kənarında təmizlik işləri aparan 1945-ci il təvəllüdlü Hürü Namaz qızı Aslanova Günel Taryel qızı Fərmanovanın idarə etdiyi "Wolskwagen Polo" markalı avtomobillə vurulub. H.Aslanova aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır./ONA

Xəbər xətti