Quba-Xınalıq yoluna iri qaya parçaları düşdü - Hərəkət dayandı

16:37 - 11 Aprel 2019 - Xəbər

Bu saatlarda Quba-Xınalıq avtomobil yolunun 36-cı km-də dağdan sürüşən iri qaya parçaları yolun hərəkət hissəsini bağlayıb.

 Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli bildirib ki, dərhal hadisə yerinə agentliyin əməkdaşları və xüsusi texnika cəlb edilib: “Lakin dağ yamacından qaya parçalarının aşağıya doğru hərəkət etməsi davam etdiyi üçün əraziyə yaxınlaşmaq mümkün olmur.

Sözügedən ərazidə sürüşmə sabitləşən kimi yolun hərəkət hissəsinin qaya parçalarından təmizlənməsi işlərinə başlanılacaq”./qafqazinfo

Xəbər xətti