MDB İqtisadi Şurasının 81-ci iclası keçirilib

16:19 - 15 Mart 2019 - Xəbər

Rusiyanın paytaxtı Moskvada MDB İqtisadi Şurasının 81-ci iclası keçirilib.

Tədbirdə Azərbaycanı Baş nazirin I müavini Yaqub Eyyubovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə yanaşı, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu təmsil edib.
İclas çərçivəsində informasiya cəmiyyətində hüquq pozuntuları ilə mübarizəyə, MDB ölkələrinin informasiya təhlükəsizliyinin təmin edilməsinə yönələn sənəd MDB Xarici İşlər Nazirləri Şurasına və MDB Hökumət Başçıları Şurasına təqdim olunacaq.

Tədbirdə bir sıra maliyyə və təşkilatı məsələlərlə yanaşı, elektron ticarət sahəsində istehlakçıların hüquqlarının müdafiəsi, MDB ölkələrinin gömrük orqanlarının intellektual mülkiyyət obyektlərinin hüquqlarının müdafiəsi sahəsində qarşılıqlı fəaliyyəti, “Azad ticarət zonasının yaradılması haqqında malların gömrük rəsmiləşdirilməsi və onlara gömrük nəzarəti qaydası haqqında Saziş”ə dəyişikliklər edilməsi kimi mövzular da müzakirə olunub.

Qeyd edək ki, Türkmənistanın sədrliyi ilə keçən iclasda MDB ölkələrinin informasiya təhlükəsizliyinin təmin edilməsi strategiyasının layihəsi təsdiq olunub, növbəti iclasın bu il iyunun 21-də keçirilməsi qərara alınıb. report

Xəbər xətti