Avtomobillərdən oğurluq edən şəxs saxlanılıb

14:51 - 15 Mart 2019 - Xəbər

Martın 14-də İsmayıllı Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən 3 nəfər rayon sakini onlara məxsus “VAZ 2106” markalı avtomobillərdən akkumulyatorların oğurlanması barədə məlumat veriblər.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, daxil olmuş müraciət əsasında RPŞ əməkdaşlarının isti izlərlə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu etməkdə şübhəli bilinən İsmayıllı şəhər sakini Asim Məmmədov saxlanılıb. O, oğurladığı akkumulyatorları rayon ərazisində onların alqı-satqısı ilə məşğul olan yerlərə satdığını etiraf edib. Oğurlanmış akkumulyatorlar həmin yerlərdən maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti