Novruz Məmmədov Milli Məclisdə Hesabat Verir

12:29 - 15 Mart 2019 - Xəbər

Azərbaycan Milli Məclisinin bu gün keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2018-ci il üzrə fəaliyyəti haqqında hesabatı müzakirəyə çıxarılıb.

İclasda Baş nazir Novruz Məmmədov hesabat təqdim edir.
N.Məmmədov bildirib ki, ötən il Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi böyük təmtəraqla qeyd edildi.
Baş nazir vurğulayıb ki, 2018-ci ildə keçirilən prezident seçkilərində müdrik xalqımız ən doğru seçim edərək İlham Əliyevi prezident seçdi, ölkədə sabitliyə, inkişafa səs verdi. Prezident seçkilərindən sonra dövlət başçısı hökumətin yeni tərkibini müəyyənləşdirdi və qarşıda duran strateji hədəflər müəyyən edildi.

N.Məmmədov qeyd edib ki, Prezident İlham Əliyevin apardığı uğurlu xarici siyasət dövlətimizin nüfuzunun yüksəlməsinə və Azərbaycanı dəstəkləyən ölkələrin sayının artmasına səbəb olub.
O deyib ki, 2018-ci ildə Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycanın xarici siyasətinin prioritet istiqaməti olaraq qalıb və münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll ediləcəyi bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırılıb.

Xəbər xətti